Logo

ASAPES-də “Biz təbiəti sevirik” adlı tədbir baş tutub - FOTOLAR

30.05.2022 10:41 294 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə akademiya tələbələrinin asudə vaxtlarının səmərəli təşkili üçün daha bir yeni tədbir baş tutub.

Tehsil.biz xəbər verir ki, ətraf mühitə həssaslığı təşviq etmək məqsədilə keçirilən “Biz təbiəti sevirik” adlı tədbir akademiya tələbələrinin böyük marağına səbəb olub.

ASAPES-in aktiv tələbələri ilkin olaraq nümunə quş evi ilə tanış olub, daha sonra onun əsasında bu cür evlərdən hazırlayaraq rəngləyiblər.

Sonda hazırlanan quş evləri ilə birlikdə kollektiv şəkil çəkdirilib.

Xəbər lenti