Logo

“TEKNOFEST Azərbaycan” festivalında ADNSU-nun 4 layihəsi qalib olub - FOTO

29.05.2022 20:55 531 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Robotexnika müsabiqəsinin B kateqoriyasında “MECHANICS” komandası, Aqrar texnologiyalar müsabiqəsinin B kateqoriyasında isə “BLIZZARDTS” komandası 1-ci yeri tutub.

Tehsil.biz xəbər verir ki, ADNSU məzunları isə “Yaşıl” texnologiyalar müsabiqəsinin C kateqoriyasında “Makertronika” komandası 1-ci yer tutub. Smart Karabakh Hakathon-unda ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının doktorantının iştirak etdiyi “SafeKarabakh” layihəsi 1-ci yerə layiq görülüb.

ADNSU-nun “SABAH” qruplarında “Elektroenergrtika mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Eldar Məhərrəmlinin mentor olduğu  “Baku Stark” məktəbli komandası Robotexnika müsabiqəsinin A kateqoriyasında birinci yerə layiq olub.

Xəbər lenti