Logo

Məzunlar 40 il sonra Azərbaycan Dövlət Pedaqoji Universitetdə görüşüblər

29.05.2022 16:10 501 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris Departamentinin Məzun Koordinasiya və Karyera bölməsinin təşkilatçılığı ilə universitetdə fizika fakültəsinin 1978-1982-ci illərdə tələbələri olmuş məzunlarının görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin rektoru, professor Cəfər Cəfərov görüşdə çıxış edərək ADPU-nun nailiyyətləri, yeniliklər və yeni inkişaf strategiyası haqqında məzunlara ətraflı məlumat verib.

Məzun Koordinasiya və Karyera bölməsinin müdiri Könül Əsgərova 40 ilin məzunlarının Azərbaycanın müxtəlif bölgələrində təhsil işçiləri kimi fəaliyyət göstərmələrindən, elm və texnikanın yeniliklərini gənclərə yüksək səviyyədə öyrətmələrindən söz açaraq onlara gələcək həyatlarında yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirovun bələdçiliyi ilə məzunlar vaxtı ilə dərs dinlədikləri auditoriyalara baş çəkib, yeni yaradılmış kabinetlərlə, laboratoriyalarla tanış olublar.

Xəbər lenti