Logo

Rezidentlər üçün tiroid əməliyyatlarına dair seminar keçirilib

28.05.2022 19:28 100 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün aktual tibbi mövzuya həsr olunmuş növbəti maraqlı seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, budəfəki tədbir “Mən tiroid əməliyyatını necə icra edirəm?” mövzusu ilə bağlı olub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının endokrinoloq cərrahı Azər Hümmətov rezidentlər üçün qalxanabənzər vəzin cərrahi anatomiyası, əməliyyat üsulları, əməliyyat texnikası zamanı geniş məlumat verib. Cərrah həmçinin qayıdan qırtlaq sinirinin variasiyaları, sinir monitorinq cihazı ilə birgə əməliyyatlar və əməliyyat zamanı baş verə biləcək ağırlaşmalar haqqında da rezidentlərə bilgi çatdırıb.

Qeyd edək ki, gələcəyin həkimləri üçün çox faydalı olan bu layihə ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri Məlahət Sultanova və TCK-nın rezidentlərə məsul şəxs Namiq Xəlilovun təşkilatçılığı, universitetin kafedralarının və klinikalarının həkimlərinin dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti