Logo

ADPU-nun Quba filialının tələbələri pedaqoji təcrübəni müvəffəqiyyətlə başa vurublar

28.05.2022 17:50 100 baxış
IMG

27 may tarixində 2021/2022 tədris ilinin pedaqoji təcrübəsi son konfransla yekunlaşıb 

Tehsil.biz xəbər verir ki, konfransda başda direktor, dosent Yusif Alıyev olmaqla professor-müəllim heyəti, metodistlər, təcrübədə olan tələbələr və onların təcrübədə olduğu müəssisə rəhbərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Tədris şöbəsinin müdiri Mələk Bağırova konfransı açıq elan edib. Dövlət Himninin səsləndirilməsindən sonra söz dos. Y.Alıyeva verilib. 

O, konfransda iştirak edən hər bir kəsi salamlayaraq, təcrübəni uğurla bitirən bütün tələbələri və onlara yollarında işıq tutan metodistlərini təbrik edib.

Qeyd edib ki, bu müddət ərzində filial sizlərə təkcə diplom deyil, gələcək fəaliyyət istiqamətinin bütün çalarları ilə sağlam mənəviyyata sahib bir müəllim kimi formalaşmağınız üçün əlindən gələni əsirgəməyib.

Daha sonra o filialın tələbələrinin təcrübədə olduğu müəssisə rəhbərlərinə öz dərin minnətdarlığını bildirib. Əlavə olaraq onların birgə əməkdaşlığının daimi olması istiqamətində müsbət fikirlərinin olduğunu vurğulayıb.

Sonra təcrübə müddəti ərzində həm fərqlənən tələbələr, həm də ümumi tədris müddətini fərqlənmə ilə bitirən tələbələr Təşəkkürnamə və Fəxri Fərmanla təltif edilmişlər. Eyni zamanda tələbələrin seçimi əsasında Ədəbiyyat və dillər kafedrasının müəllimi Nuranə Allahverdiyeva, Təbiət və dillər kafedrasının baş müəllimi Elbrus Əhmədov da Təşəkkürnamə ilə təltif olunmuşdur. 
Məzunlarla iş və pedaqoji təcrübə üzrə rəhbər Şəhla Mədətova daha sonra çıxış edərək, bildiriblər ki, IV və V tədris ili tələbələri  təhsil proqramına uyğun olaraq 14 həftəlik pedaqoji təcrübəni müvəffəqiyyətlə başa vurublar. Tələbələr Quba Xaçmaz Regional Təhsil İdarəsinin  5 məktəb, 1 lisey, 2 körpələr evi uşaq bağçasında, Təhsil Nazirliyinin 1 liseyində, 1 özəl  psixoloji və nitq inkişafı mərkəzində pedaqoji təcrübə keçdilər. Filialın  49 nəfər müəllimi ixtisas üzrə metodist, 3 nəfər müəllim pedaqoq, 7 nəfər müəllim psixoloq kimi  tələbələrə təcrübə rəhbərliyi etmiş, təcrübə müəssisələri üzrə   ümumilikdə 56 nəfər fənn müəllimi təcrübə rəhbərliyi etmişdir. Onlar tələbələr tələb olunan sayda sınaq dərslərinin keçirilməsində, tədbirlərin təşkil edilməsində, sənədləşmə işlərində köməklik etmişlər. Gələcək fəaliyyətlərində uğurlu yola addım atmağın yollarını öyrədiblər.

179 nəfər təcrübəçidən 178 nəfəri müvəffəq, 1 nəfər tələbə qeyri-müvəffəq qiymətləndirildi. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 2 nəfər, İbtidai sinif müəllimliyi ixtisası üzrə 4 nəfər, Təhsildə sosial-psixoloji xidmət üzrə 1 nəfər, Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 1 nəfər, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə 2 nəfər, Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə 7 nəfər tələbə tələb olunan maksimium göstəricini toplayıblar. 

Konfransın sonunda həm müəllimlər, həm də tələbələr öz ürək sözlərini ifadə edərək, xatirə şəkli çəkdiribər.

Xəbər lenti