Logo

Manisa Celal Bayar Universitetinin rektoru AƏSMA-da - FOTOLAR

28.05.2022 14:29 93 baxış
IMG

27 may 2022-ci il tarixdə Türkiyənin Manisa Celal Bayar Universitetinin rektoru prof.Dr. Ahmet Ataç Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını ziyarət edib.

Tehsil.biz xəbər verir ki, Akademiyanı gəzən qonaq kafedralar, şöbələrlə tanış olub.

Daha sonra çay süfrəsinə keçilib. Prof.Dr. Ahmet Atacın ziyarətindən məmnunluğunu dilə gətirən Akademiyanın rektoru prof. Hüseyn Qaraşov qarşılıqlı əməkdaşlığın hər iki təhsil müəssisəinə qatacağı faydalardan danışıb.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası kollektivinə göstərmiş olduğu qonaqpərvərliyi üçün minnattarlığını dilə gətirən qonaq qarşılıqlı əməkdaşlığın faydalarından bəhs edib.

Sonda hər iki təhsil müəssisəsinin rektoru bir-birlərinə dəyərli hədiyyələr təqdim edib.

Xəbər lenti