Logo

MDU-da “Özündən başla” adlı psixoloji seminar keçirilib - FOTOLAR

27.05.2022 22:49 102 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə tələbələr və magistrantlar üçün “Özündən başla” mövzusunda psixoloji seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda MDU-nun magistrantı, psixoloq Könül Məmmədova təqdimatla çıxış edib.

Təqdimatda gənclərə təsir göstərən psixoloji amillərdən bəhs edən K.Məmmədova pozitiv valideyn-övlad münasibəti, cəmiyyətdə əlverişli sosial və psixoloji mühitin formalaşması, özünü və ətrafdakı insanları motivasiya etməyin yolları barədə danışıb və iştirakçıların suallarını cavablandırıb.

Seminar tələbə və magistrantlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və magistrantların hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, onların əlavə bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

Xəbər lenti