Logo

ADU-da Müstəqillik Gününə həsr olunmuş açıq dərs keçirilib - FOTO

27.05.2022 20:35 104 baxış
IMG

Mayın 27-də Azərbaycan Dillər Universitetində Təlimdə innovasiyalar kafedrasının  baş müəllimi Fatma Qurbanzadənin təşkilatçılığı ilə Təhsil 1 fakültəsinin Essex 10 qrup tələbələri ilə birlikdə 28 May - Müstəqillik gününə həsr olunmuş açıq dərs keçirilib.  

Tehsil.biz xəbər verir ki, dərsdə Təhsil 1 fakültəsinin dekan müavini Lalə Həsənova,  Sosial elmlər kafedrasının müəllimi Kamalə Quliyeva, Təlimdə innovasiyalar kafedrasının bır sıra müəllimləri iştirak ediblər.

Dərsi giriş sözu ilə açan F.Qurbanzadə qeyd edib ki, 1918-ci il mayın 28-i Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.

Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.

Daha sonra Essex 10 qrup tələbələri Aydan Abdurahmanlı, Kənan Həşimov, Vəsmicahan Məmmədova AXC tarixinin müxtəlif hissələri haqqında maraqlı çıxışlar edib və prezentasiyalar nümayiş etdiriblər.  

Sonra tələbələr «Qarabağın incisi-Şuşa» mövzusunda hazırladıqları video roliki nümayiş etdiriblər.

Xəbər lenti