Logo

“Son zəng”ə görə şagirdlərdən 70 manat pul yığılır? - RƏSMİ AÇIQLAMA

27.05.2022 19:09 170 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığılması ilə bağlı iddianı araşdırıb.

"Tehsil.biz"in məlumatına görə, qurumdan Oxu.Az-a bildirilib ki, direktorun pul yığması iddiası öz təsdiqin tapmayıb:

“Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinin keçirilməsi üçün şagirdlərdən pul tələb olunmasına dair məsələ araşdırılıb. Araşdırma zamanı qeyd olunan hallar təsdiqini tapmayıb”.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı iddia edilmişdi.

Xəbər lenti