Logo

Elektrik qaz qaynaqçısı ixtisası üzrə nəzəri biliklər qiymətləndirilib

27.05.2022 18:57 118 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən elektrik qaz qaynaqçısı peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.

Agentlikdən "Tehsil.biz"ə verilən məlumata görə, Qiymətləndirmə Komissiyasına işəgötürənin nümayəndəsi olaraq “SAİPEM” şirkətindən Azad Poladov, ekspert qismində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Ramil Abdullayev və Tural Əkbərov cəlb edilib.

İlkin mərhələdə yüksək nəticə göstərən ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə elektrik qaz qaynaqçısı peşə ixtisası üzrə sertifikat veriləcək.

Xəbər lenti