Logo

19 nəfərə bərbər peşə ixtisası sənədi təqdim edilib

27.05.2022 18:31 102 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində bərbər peşə ixtisası üzrə qiymətləndirmə prosesində uğurlu nəticə qazanmış 19 nəfərə təhsil sənədi təqdim edib.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.

Tədbirdə agentliyin qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva sertifikat sahiblərini təbrik edərək qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülən işlər barədə, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.

Xəbər lenti