Logo

Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri BSU-da olublar - FOTO

27.05.2022 18:09 132 baxış
IMG

Mayın 27-də Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin Bakı Slavyan Universitetinə səfəri təşkil olunub.

Tehsil.biz xəbər verir ki, səfər orta ümumtəhsil məktəblərinin şagirdlərinin BSU ilə tanışlıq məqsədilə eksursiyalarının keçirilməsi çərçivəsində baş tutub.

Əvvəlcə BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, Muzeyi ilə tanış olan şagirdlərə bu ali təhsil müəssisəsinin yaranma tarixi, Azərbaycan elminə və təhsilinə verdiyi böyük töhfələr, məşhur məzunları, fəaliyyət göstərən fakültələr, tədris-mədəniyyət mərkəzləri, tədris olunan ixtisaslar, son vaxtlar universitetin müasir imicinin formalaşdırılması istiqamətində həyata keçirilən yeniliklər, layihələr barədə məlumat verilib.

Həmçinin, BSU-nun bir çox ölkələrlə qurduğu sıx tədris-mədəni əlaqələr, xarici əməkdaşlığı, Azərbaycanşünaslığın inkişafı, ölkəmizin qazandığı nailiyyətlərin beynəlxalq miqyasda təbliğ edilməsi sahəsində gördüyü işlər diqqətə çatdırılıb.

Şagirdlər fakültələrlə, tədris auditoriyaları, tədris-mədəniyyət mərkəzləri və elmi-tədqiqat laboratoriyaları, əsaslı kitabxana ilə tanış olublar.

BSU-ya ekskursiya şagirdlərdə xoş təəssürat yaradıb.

Xəbər lenti