Logo

Uşaqlara verilən yeməklərə görə direktor və təsərrüfat müdiri tənbeh edilib - RƏSMİ

27.05.2022 17:48 316 baxış
IMG

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən Quba-Xaçmaz Regional Təhsil İdarəsində yaradılmış komissiya tərəfindən müvafiq araşdırma aparılıb.  

Bu barədə "Tehsil.biz"ə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, araşdırma zamanı müəyyən olunub ki, uşaqların qidalanması Nazirlər Kabinetinin 1994-cü il 09 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş normalar çərçivəsində təmin olunur:

"Eyni zamanda müəssisə rəhbərliyinin fəaliyyəti də yoxlanılıb, uşaqların davamiyyətinin zəif olduğu, əmək münasibətlərinin düzgün nizamlanmaması, müəssisə rəhbərinin, eləcə də tərbiyəçilərin işində müəyyən nöqsanlara yol verdikləri aşkarlanıb. Fəaliyyətlərində yol verdikləri nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Qədəşova Lalə Məhəmməd qızına və təsərrüfat müdiri Cavadova Rəhilə Məcnun qızına intizam tənbehi tətbiq edilib".

Xəbər lenti