Logo

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

27.05.2022 17:27 312 baxış
IMG

27 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

Tehsil.biz xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib.

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Xəbər lenti