Logo

Azərbaycanlı məktəblidən İXTİRA: dəniz və okeanlar daha təmiz olacaq

27.05.2022 16:52 128 baxış
IMG

İdrak liseyinin 11-ci sinif şagirdi Emil “Clean Aqua” ixtirasını təqdim edib.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, bu ixtira sayəsində dəniz və okeanları tullantılardan təmizləmək mümkündür.

Belə ki, cihaz avtomatik olaraq suyu içəriyə çəkir, filtr suyu təmizləyir və yenidən dənizə boşaldır. Zibil konteynerə yığılır.

Adıçəkilən qurğu bir metr dərinlikdə quraşdırıldığı üçün sudakı canlılara zərər vermir.

Xəbər lenti