Logo

Paytaxt məktəblərində Müstəqillik Günü qeyd olunub - FOTOLAR

27.05.2022 16:28 113 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 28 may Müstəqillik Gününə həsr olunan tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, təhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar konfranslar, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.

Tədbirlərdə Azərbaycan Xalq  Cümhuriyyəti dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğu bildirilib. Həmçinin ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığı nəzərə çatdırılıb.

Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bundan əlavə, tədbirlərdə AXC-nin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib. Həmçinin fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.

Xəbər lenti