Logo

AzMİU-da tələbələr “Pəncərə” proqramı barədə məlumatlandırılıb

27.05.2022 15:59 111 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Pəncərə” tələbə məsələlərinin araşdırılması, müraciətlərin dinlənilməsi, təklif və iradların aidiyyətı üzrə yönləndirilməsinə dəstək proqramı çərçivəsində görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) proqram meneceri Nigar Hüseynova tədbiri açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev “Pəncərə” proqramının əhəmiyyətindən danışıb, tələbələrin təklif və iradlarının operativ cavablandırılması baxımından faydalı olduğunu qeyd edib.

“Pəncərə” proqramının rəhbəri Fidan Həsənova proqramın missiyası, hədəfləri və fəaliyyət istiqamətlərindən danışıb. Bildirilib ki, layihənin məqsədi tələbələrə vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə etməkdir. Eyni zamanda, tələbələrin məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.

Daha sonra sual-cavab sessiyası keçirilib. Sessiya zamanı tələbələr onları maraqlandıran suallara cavab tapıb, tələbə gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və daha effektiv işlərin həyata keçirilməsi istiqamətində öz təkliflərini səsləndiriblər.

Xəbər lenti