Logo

İlahiyyat İnstitutunun tələbələri arasında “Hədis” yarışması keçirilib - FOTOLAR

27.05.2022 14:06 134 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “Hədis” yarışması keçirilib.

Tehsil.biz xəbər verir ki, yarışmanın münsiflər heyətində İlahiyyat fakültəsinin müəllimləri – dosent Namiq Abuzərov, dosent Aslan Həbibov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov, fəlsəfə üzrə fəlsəfə doktoru Əmir Kahayev təmsil olunublar.

Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub.

Beləliklə, “Hədis” yarışmasında birinci yerə Abdulla Əliyev, ikinci yerə Fərid Qasımzadə, üçüncü yerə İsgəndər İsgəndərov layiq görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşlərinin formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.

Xəbər lenti