Logo

BDU və Nəcməddin Ərbakan Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

26.05.2022 20:21 145 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, rektor Elçin Babayev Azərbaycan və Türkiyə arasındakı münasibətlərin bütün sahələrdə ən yüksək səviyyəyə çatdığını, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının bu münasibətlərin ən gözəl ifadəsi olduğunu qeyd edib. Bakı Dövlət Universitetində mayın 26-dan 28-dək keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı barədə qonağa məlumat verən rektor bununla eyni gündə TEXNOFEST elm, texnika festivalının da keçirilməsini qardaş ölkələrimizin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb.

Elçin Babayev daha sonra qonağa Azərbaycanın ən böyük və qədim universiteti olan BDU haqqında məlumat verib. Bildirib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Rektor beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi,  xüsusilə qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın, ikili diplom proqramlarının qəbulu, birgə elmi tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsinin BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu qeyd edib.

Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib.

Görüşdə BDU və Nəcməddin Ərbakan Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər lenti