Logo

Kolumbiya universitetinin nümayəndələri AzTU-da olub

26.05.2022 18:20 117 baxış
IMG

Kolumbiya Distrikt Universitetinin nəzdində (UDC) Kənd Təsərrüfatı, Şəhərlərin Dayanıqlı İnkişafı və Ətraf Mühit Elmləri Kollecinin (CAUSES) tədqiqatçısı Dilan Mehri və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri Vill Hamilton, Elşən Baloğlanov, Tərlan Həmidov Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzTU-dan bildirilib ki, rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə keçirilən görüşdə qonaqlar bu ali təhsil müəssisəsində görülən işlər və həyata keçirilən yeniliklər haqqında məlumatlandılıb.

Dilan Mehri də Kolumbiya Distrikt Universiteti haqqında məlumat verib.

Görüşdə bərpa olunan enerji, su idarəçiliyi, dayanıqlı enerji və digər sahələr üzrə əməkdaşlıq istiqamətləri, eyni zamanda, magistratura səviyyəsində ikili diplom proqramı haqqında müzakirələr aparılıb.

Həmçinin USAID-in nümayəndəsi tərəfindən “Özəl sektorun inkişafı” layihəsi (PSA) haqqında məlumat verilib və agentliyin iki universitet arasında əməkdaşlığı dəstəkləyəcəyi qeyd olunub.

Xəbər lenti