Logo

Azərbaycanlı gənc müəllimlər Bursa məktəblərində təlim keçiblər - FOTO

26.05.2022 17:17 88 baxış
IMG

Türkiyədə səfərdə olan azərbaycanlı gənc müəllimlər Bursa şəhərinin nüfuzlu məktəblərində təlim proqramına qatılıblar.

Tehsil.biz xəbər verir ki, “Türkiyə-Azərbaycan Müəllimlərinin I Təhsil Zirvəsi” layihəsi çərçivəsində baş tutan proqram Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi, Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyi, Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Eyni zamanda gənc müəllimlər Bursa Uludağ Universitetində müəllim və tələbələrin iştirakı ilə təşkil edilən "Azərbaycan-Türkiyə təhsil sistemində yeni trendlər" mövzusunda tədbirdə iştirak ediblər. Tədbirdə Azərbaycan və Türkiyə təhsil sistemindəki bənzər və fərqli metodlar haqqında fikir mübadiləsi aparılıb.

Səfər çərşivəsində soydaşlarımız Bursanın rəsmi şəxsləri ilə görüşüb və bu şəhərdə müalicə alan Vətən müharibəsi qazilərini ziyarət ediblər.

Xəbər lenti