Logo

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

26.05.2022 16:54 89 baxış
IMG

26 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib.

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Xəbər lenti