Logo

SABAH qrupları tələbələrinin mükafatlandırma mərasimi keçirilib - FOTOLAR

26.05.2022 15:42 124 baxış
IMG

SABAH qrupları tələbələrinin idman yarışları çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş futzal, voleybol və basketbol yarışlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Beynəlxalq və respublika dərəcəli hakimlər tərəfindən idarə olunan idman yarışlarında futzal üzrə 8, voleybol və basketbol yarışlarının hər birində isə 5 komanda iştirak edib.

Futzal yarışlarında BDU-nun “Zəfər Topu” komandası 1-ci yeri tutub. BMU-nun “Tiki-Taka” komandası 2-ci, ADNSU-nun “Azii Gunners” kollektivi isə 3-cü olub. Bundan başqa, “Tiki-Taka” komandasının üzvü Nəsrullah Həmidli ən məhsuldar oyunçu, “Azii Gunners”in üzvü Cavid Əliyev ən yaxşı qapıçı, “Zəfər Topu” klubunun təmsilçisi İlham Əliyev ən yaxşı oyunçu kimi təltif olunub.

Voleybol yarışlarında ADNSU-nun “Wild Wings”, ADPU-nun “Viktoriya” və BDU-nun Sabahın gücü” komandaları müvafiq olaraq ilk 3 yerdə qərarlaşıblar.

Basketbol yarışlarında BDU-nun “İşıqlı sabahlar” komandası bütün rəqiblərindən güclü olub. AzMİU-nun “High Five” klubu 2-ci, AzTU-nun “Avengers” kollektivi isə 3-cü nəticə göstərib.

ASAPES-in ev sahibliyi etdiyi tədbirin qalibləri diplom və hədiyyələrlə təltif edilib.

Xəbər lenti