Logo

BDU-da “Rəqəmsal mediada niyə güclü olmalıyıq?” mövzusunda tədbir keçirilib

26.05.2022 12:35 354 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşkilatçılığı və Türkiyədə fəaliyyət göstərən “Albayrak Holding”ə məxsus GZT media qrupunun iştirakı ilə “Rəqəmsal mediada niyə güclü olmalıyıq?” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov rəqəmsal medianın aktuallığı barədə danışıb, həmçinin GZT media qrupunun 44 günlük Vətən müharibəsi dövründə aktiv fəaliyyətini auditoriyanın nəzərinə çatdırıb.

Tədbirdə GZT media qrupunun Yayın direktoru Doğukan Gezer, redaktorları Nazgül Kenzhetay, Recep Tayyib Çelik və Kerim Asker rəqəmsal medianın əhəmiyyəti, idarə olunması, gündəlik həyat tərzinə təsiri, yaratdığı çətinliklər və onların aradan qaldırılması yolları, hədəf kütləsi kimi mövzularda təqdimatlarla çıxış ediblər.

Sonda məruzəçilərə suallar ünvanlanıb. Doğukan Gezer GZT qrupun tərkibi, fəaliyyət strategiyası haqqında auditoriyanı maraqlandıran sualları cavablandırıb. Nazgül Kenzhetay Sibirdə və müxtəlif çətin şəraitli bölgələrdə olarkən hazırladığı xəbərlər,  üzləşdiyi çətinliklər, bunların sosial mediada necə nümayiş etdirildiyi barədə təcrübəsini bölüşüb.

Recep Tayyib Çelik səyahət edərkən çəkdiyi videolardan, müxtəlif mədəniyyətlərin vloglar vasitəsilə cəmiyyətə tanıdılmasından danışıb.

Xəbər lenti