Logo

Dayanmadan 40 saata yaxın rep oxudu, Rekordlar Kitabına düşdü

26.05.2022 09:13 129 baxış
IMG

İspaniyada məktəb müəllimi Daniel Alkon 39 saat 37 dəqiqə 54 saniyə ərzində sərbəst şəkildə rep oxuyaraq Ginnesin Rekordlar Kitabına düşüb. 

Bu barədə “Qafqazinfo” “United Press International” agentliyinə istinadən xəbər verir.

35 yaşlı Alkon ən uzun fərdi rep marafonuna görə rekordçu olub.

Əvvəlki rekord 33 saat 33 dəqiqə 16 saniyə ilə 2020-ci ildə reper Uatski tərəfindən müəyyən edilib.

Xəbər lenti