Logo

Bağça direktoru yayılan görüntülərə münasibət bildirib - FOTOLAR

25.05.2022 23:36 768 baxış
IMG

Xəbər verdiyimiz kimi, sosial mediada Şabran şəhər 1 nömrəli körpələr evində uşaqlara günorta və axşam yeməyində yalnız hissələrə bölünmüş peçenye və çörək verilməsi, buna görə də uşaqların aclıqdan ağlamaları ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı adıçəkilən müəssisənin direktoru Lalə Qədəşova "Tehsil.biz"ə açıqlamasında yayılan məlumatların qərəzli olduğunu bildirib.

Onun sözlərinə görə, görüntülər məqsədli olaraq paylaşılıb:

"Sosial şəbəkələrdə bağçamızla bağlı yayılmış məlumatlar qərəzlidir, məqsədli şəkildə paylaşılıb. Bundan xəbər tutan valideynlər belə öz etirazlarını bildirirlər. Uşaqların qidalanması dövlət tərəfindən təsdiq edilmiş formaya uyğun həyata keçirilir".

Xəbər lenti