Logo

Körpələr evində uşaqlara verilən yeməklərlə bağlı araşdırma aparılır - YENİLƏNİB

25.05.2022 22:28 443 baxış
IMG

Şabran şəhər 1 saylı körpələr evində uşaqlara çörəyin üstünə peçenyə qoyulub verilməsi məsələsi araşdırılır.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

16:36

Körpələr evində uşaqlara verilən günorta və axşam yeməkləri ciddi müzakirələrə səbəb olub.

Tehsil.biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə çörəyin üstünə peçenyə qoyulub körpələrə verilməsi ictimaiyyət arasında etirazlara səbəb olub.

Görüntülərin Şabran şəhər 1 saylı körpələr evindən çəkildiyi bildirilir.

Qeyd edək ki, tərəfimizdən məsələ ilə bağlı Təhsil Nazirliyinə və Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Xəbər lenti