Logo

ADNSU-nun basketbol komandası Respublika turnirində finala çıxıb

25.05.2022 21:25 407 baxış
IMG

Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Basketbol komandası Azərbaycan Basketbol Federasiyasının Kuboku uğrunda Respublika turnirində finala çıxaraq II yerə layiq görülüb.

Tehsil.biz xəbər verir ki, mayın 12-dən start götürən yarışa 4 qrup və hər qrupda 6 komanda qatılıb. Gərgin mübarizə şəraitində keçən yarışda ADNSU qrupda 1-ci yer tutmaqla növbəti playy-off mərhələsinə vəsiqə qazanıb. 1/4 final mərhələsində isə rəqibini məğlub edən komandamız finala yüksəlib. Finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyasının komandası ilə qarşılaşaraq minimal hesabla rəqibinə məğlub olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Basketbol Federasiyası ilə birgə ali təhsil müəsissələri arasında təşkil etdiyi basketbol çempionatında 24 oğlan, 5 qızlardan ibarət olmaqla, 29 komanda (24 universitet) iştirak edib.

Xəbər lenti