Logo

Altıgünlük məktəb və bağçalarda mayın 30-u iş günüdür - RƏSMİ

25.05.2022 18:26 540 baxış
IMG

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.

Altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.

Xəbər lenti