Logo

BDU rektoru və “İçərişəhər” Qoruğu İdarəsinin İH sədri arasında görüş keçirilib

25.05.2022 17:46 124 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Idarə Heyətinin sədri Şahin Seyidzadə arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Daha sonra BDU tələbələri ilə görüşən Şahin Seyidzadə Qoruq İdarəsində yay təcrübə proqramı barədə onları məlumatlandırıb.

BDU-nun rektoru Elçin Babayev Universitetin əsas missiyalarından birinin müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması olduğunu bildirib.

İçərişəhərin tariximiz üçün müstəsna əhəmiyyətini qeyd edən rektor Qoruq İdarəsində yay təcrübə proqramının tələbələrin gələcək karyeraları üçün mühüm rol oynayacağını diqqətə çatdırıb.

Şahin Seyidzadə Qoruq İdarəsində yay təcrübə proqramının mahiyyəti, üstünlükləri haqqında geniş məlumat verib.

Qoruq İdarəsinin yay təcrübə proqramında BDU-nun Tarix, Coğrafiya və Şərqşünaslıq fakültələrinin III kurs tələbələri iştirak edə biləcəklər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti