Logo

ADNSU-nun iki sinif otağı və mühazirə zalına türk şəhid professorların adları verilib

25.05.2022 17:06 375 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki sinif otağı və mühazirə zalına türkiyəli şəhid professorların adları verilib.

Bu barədə ADNSU-nun Elmi Şurası qərar qəbul edib.

Qərara əsasən, iki sinif otağı və mühazirə zalına iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olan professor İlhan Varank və Erol Olçokun adları verilib.

Bundan başqa, ADNSU-da mərtəbələrdən biri “Azərbaycan-Türkiyə dostluq mərtəbəsi” olaraq müəyyən edilib, mərtəbənin bir dəhlizi isə qardaşlığa uyğun fotolarla bəzədilib.

Mərtəbənin açılışını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank edəcək.

Xəbər lenti