Logo

Peşə təhsili alan gənclər “Azərxalça” ASC-yə səfər ediblər - FOTO

25.05.2022 16:04 354 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarının istehsal müəssisələrinə təlim səfərləri davam edir.

Tehsil.biz xəbər verir ki, ilkin biznes təsəvvürünün və istehsal təcrübəsinin formalaşması məqsədilə  2 nömrəli Ağdam Peşə Məktəbinin sonuncu kurs tələbələri Ağdam rayonunda yerləşən "Azərxalça” ASC-nin Ağdam filialına səfər ediblər. Tələbələr müəssisənin fəaliyyəti haqqında məlumatlandırılıb, istehsal prosesi ilə tanış olublar.

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 2021-2023-cü illəri əhatə edən layihə hazırda Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir. Üç ay davam edən biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə müvafiq avadanlıqlarla təmin olunacaqdır.

Xəbər lenti