Logo

M.Müşfiq adına 18 saylı məktəbin və "Hədəf" liseyinin şagirdləri BSU-da olublar - FOTOLAR

25.05.2022 15:17 341 baxış
IMG

Mayın 25-də "Hədəf" liseyinin və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri Bakı Slavyan Universitetində (BSU) olublar.

Tehsil.biz xəbər verir ki, BSU ilə tanışlıq məqsədilə təşkil olunan tədbirdə şagirdlər əvvəlcə BSU-nun Heydər Əliyev Tədris Mərkəzi və BSU-nun Muzeyi ilə tanış olublar.

Şagirdlərə BSU-nun yaranma tarixi, keçdiyi böyük və zəngin inkişaf yolu, universitetdə fəaliyyət göstərən fakültələr, tədris-mədəniyyət mərkəzləri, tədris olunan ixtisaslar, hazırda həyata keçirilən yeniliklər, islahatlar barədə geniş məlumat verilib.

Şagirdlər fakültələrlə, tədris auditoriyaları, tədris-mədəniyyət mərkəzləri və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.

Şəkilin açıqlaması yoxdur.

Xəbər lenti