Logo

Şagirdlər BMU-nun laboratoriyalarında təcrübə aparıblar - FOTOLAR

25.05.2022 13:16 104 baxış
IMG

Zirvə Liseyinin şagirdləri Bakı Mühəndislik Universitetinin (BMU) Kimya və kimya mühəndisliyi, həmçinin Biologiya laboratoriyalarında olublar.

Tehsil.biz xəbər verir ki, BMU-nun Kimya mühəndisliyi kafedrasının baş müəllimi Cavanşir Salmanov, universitetin Kimya mühəndisliyi kafedrasının dosenti Rəvan Rəhimov və laborant Rəsul Rəhimov şagirdləri ali təhsil ocağının maddi-texniki bazası, mövcud laboratoriyaları barədə məlumatlandırıb. Bununla yanaşı, universitetdə tədris olunan ixtisaslar haqqında ətraflı danışılıb və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Laboratoriyalarla tanışlıqdan sonra liseyin 9-cu sinif şagirdlərinə kimyəvi təcrübələri əyani şəkildə həyata keçirmək imkanı yaradılıb.

Gələcəkdə kimyaçı olmaq istəyən şagirdlər aparılan təcrübələrin, universitet həyatının onlarda böyük maraq doğurduğunu bildiriblər və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

​​​​​​

Xəbər lenti