Logo

Peşə təhsil müəssisələrini bitirənlər üçün data bazası yaradılacaq

25.05.2022 13:07 384 baxış
IMG

“Peşə təhsili müəssisələrində təhsil alanların hərbi xidmətə çağırışı ilə bağlı məsələ hələ də müzakirə olunur”.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Ceyhun Kərəmov bildirib. C.Kərəmov deyib ki, peşə məktəblərində təhsil alan şəxsləri tədris prosesinin ortasında hərbi xidmətə çağırırlar: “Onların böyük bir hissəsi hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər”.

Agentlik rəhbəri onu da deyib ki, bu gün peşə təhsil müəssisələrində bütün sahələr üzrə dərslər keçirilir. O, həmçinin bir neçə aydan sonra peşə təhsil müəssisələrini bitirənlər üçün data bazası yaradılacağını, onların öz “CV”-lərini orada paylaşmaq imkanlarının olacağını deyib.

Onun sözlərinə görə, bu gün peşə təhsilinə ən çox özəl sektor qiymət verir.

Xəbər lenti