Logo

Hakim vəzifəsinə qəbul imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

25.05.2022 11:34 363 baxış
IMG

Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər mayın 25-dən iyunun 7-dək imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, test imtahanı 2022-ci il iyunun 8-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.

Xəbər lenti