Logo

Kimya fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

25.05.2022 11:29 206 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin dördüncü məşğələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formada keçirilib.

Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderator Elşad Abdullayev ali təhsil müəssisilərinə qəbul imtahanı üçün situasiya tapşırıqlarına və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış edib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Beləliklə, kursun birinci mərhələsi başa çatıb. İştirakçılara ev tapşırığı verilib. Növbəti məşğələdə ev tapşırıqlarının müzakirəsi aparılacaq. 

Xəbər lenti