Logo

IV siniflərin monitorinqi bu fənlər üzrə aparılacaq

25.05.2022 11:13 331 baxış
IMG

"IV siniflərin monitorinqi tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq".

"Tehsil.biz"in məlumatına görə, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə "Təhsil masası"nda deyib.

Onun sözlərinə görə, tədris dili üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq:

"Tədris dili üzrə bu tapşırıqlar oxu və dil qaydalarını əhatə edəcək, riyaziyyat üzrə isə 5 məzmun xətti üzrə suallar təqdim olunacaq".

"Monitorinqin iyunun 7-si saat 10-da başlanılması planlaşdırılır", - deyə sektor müdiri qeyd edib.

Xəbər lenti