Logo

"Gənc istedadlar" liseyinin şagirdi Avropa Fizika Olimpiadasında bürünc medal qazanıb

25.05.2022 09:48 322 baxış
IMG

Sloveniyanın paytaxtı Lyublyanada keçirilmiş Avropa Fizika Olimpiadasında Azərbaycan məktəbliləri uğurla çıxış edərək 4 bürünc və 1 həvəsləndirici mükafat qazanıblar.

Tehsil.biz xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc İstedadlar” liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev, akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Eşqin Alıyev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə və Bakı şəhəri 147 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Vaqif Əliyev bürünc medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Nicat Abbasov isə həvəsləndirici mükafata layiq görülüb.

Xəbər lenti