Logo

Kim Çen Inın müəllmi COVID-19-dan ölüb - FOTO/ VİDEO

24.05.2022 22:24 121 baxış
IMG

Şimali Koreya lideri Kim Çen In ölkədə COVID-19 epidemiyası zamanı dünyasını dəyişən ölkənin yüksək rütbəli rəsmisi, Koreya Xalq Ordusunun marşalı Hen Çol Henin dəfn mərasimində iştirak edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kim Çen In Milli Müdafiə Nazirliyinin keçmiş baş müşavirinin tabutunu şəxsən aparıb və qəbiristanlıqda keçirilən matəm tədbiri zamanı qəbirə torpaq atıb və vida nitqi söyləyib.

Hen Çol He KXDR-in hərbi rəhbərliyinin mərkəzi fiqurlarından biri və onun keçmiş liderləri Kim İr Sen və Kim Çen İrin ən yaxın məsləhətçilərindən biri hesab olunur.

O, dəfələrlə ictimai tədbirlərdə və dövlət səfərlərində sonuncunu müşayiət edib. Bundan əlavə, o, ölkənin növbəti lideri Kim Çen Inın yetişdirilməsində əsas rol oynayıb və əslində onun müəllimi olub.

Mayın ortalarında Şimali Koreyada ilk koronavirus infeksiyası və ya ölkədə deyildiyi kimi “naməlum qızdırma” aşkarlanıb. Hazırda yoluxanların sayı 2,5 milyonu ötüb. Səlahiyyətlilər "ən yüksək səviyyəli fövqəladə epidemiya əleyhinə sistem" tətbiq edirlər.

Xəbər lenti