Logo

BDU-nun əcnəbi tələbələrinin təqdimatında “Azad diyar – Şuşam mənim” adlı ədəbi-bədii tədbir

24.05.2022 21:41 375 baxış
IMG

Bakı Dövlət Universitetinin hazırlıq sektorunun əcnəbi tələbələrinin təqdimatında “Azad diyar – Şuşam mənim” adlı ədəbi-bədii tədbir keçirilib.  

"Tehsil.biz"in məlumatına görə, tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi barədə sərəncamını bütün Azərbaycan xalqı sevinclə qarşılayıb. Çünki Şuşa hər bir azərbaycanlının 30 illik həsrəti, Azərbaycan mədəniyyətinin beşiyidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz Şuşanı və digər işğal altında olan torpaqlarımızı azad edərək, bu həsrətə son qoyub. Hazırda azad Qarabağımızda üçrəngli bayrağımız qürurla dalğalanır.  

Daha sonra BDU-nun Hazırlıq sektorunun türk, çinli, qazaxıstanlı tələbələri Qarabağa, Şuşaya, türk dünyasının birliyinə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, müxtəlif dram əsərlərindən səhnəciklər göstəriblər.  

Tədbir tələbələrin alqışları ilə qarşılanıb.

Xəbər lenti