Logo

BDU və Konya Teknik Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

24.05.2022 18:16 143 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Konya Teknik Universitetinin rektoru Babür Özçeliki qəbul edib.

Tehsil.biz xəbər verir ki, rektor Elçin Babayev qonağa Azərbaycanın ən böyük və qədim universiteti olan BDU, burada həyata keçirilən tədris və elmi tədqiqatlar barədə məlumat verib. Bildirib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindəndir. Rektor qardaş Türkiyə universitetləri ilə əməkdaşlıqda, ikili diplom proqramlarının qəbulu, birgə elmi tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsində maraqlı olduğunu deyib.

Konya Teknik Universitetinin rektoru Babür Özçelik qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib.

Görüşdə BDU və Konya Teknik Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər lenti