Logo

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

24.05.2022 17:43 76 baxış
IMG

24 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, işçi qrupunun iclasında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif “Kimya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə kitabçası”nın təkmilləşdirilməsi olub. “Qiymətləndirmə kitabçası” dərsliklə müqayisəli təhlil edilib.

Həmçinin iclasda DİM-lə ekspert kimi əməkdaşlıq etmək istəyənlər üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər. Onların hər biri əvvəlki iclaslarda təqdim edilmiş meyarlar əsasında onlara tapşırılmış dərsliyin elmi‑metodik monitorinq nəticələrini təqdim edib. Onlara qapalı, cavabı kodlaşdırıla bilən açıq tipli və cavabı yazı ilə ifadə olunan situasiya tapşırıqlarının yazılması da tapşırılıb.

Təqdimatlarla bağlı DİM-in təcrübəli ekspertləri fikir bildirib və təkliflər söyləyiblər. Qeyd edilmiş fikirlər dərsliklərin monitorinqində, eyni zamanda “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclasda müzakirələr davam etdiriləcək.

Xəbər lenti