Logo

ASAPES-də ÜST nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

24.05.2022 17:31 323 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Reabilitasiya və Əlilliyin İnklüzivliyi üzrə texniki direktor Kathal Morqan, Köməkçi Texnologiyalar üzrə regional məsləhətçi Andrea Pupulin və “ATscale - Köməkçi Texnologiyalar üzrə Qlobal Tərəfdaşlığı”ınn Siyasət və Sistemlər üzrə mütəxəssisi Anil Kaşyapdan ibarət missiyası ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, ASAPES-in rektoru Fuad Hacıyev, prorektorlar Təhminə Tağı-zadə və Fərid Mansurovun iştirakı ilə keçirilən görüşdə ÜST-nin Köməkçi Texnologiyalar Sektorunun Gücləndirilməsi layihəsi əsas müzakirə mövzusu olub. Həmçinin, ASAPES-də reabilitasiya sahəsində “İdman tibbi və reabilitasiya” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasları üzrə mütəxəssislərin hazırlanmasının və bu sahədə elmi işlərin aparılmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı qonaqlara ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, daha sonra Elmi-tədris laboratoriyası və Multimedia mərkəzinə baxış keçirilib və hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verilib.

Xəbər lenti