Logo

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib

24.05.2022 17:01 382 baxış
IMG

Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə 2022-ci il mayın 24-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Tehsil.biz xəbər verir ki, saat 11:00-da başlayan və 3 saat davam edən imtahan DİM-in binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılıb.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda iştirak etmək üçün 70 namizəd qeydiyyatdan keçib.3 namizəd imtahana gəlməyib. 41 namizəd müsabiqə şərtini ödəyərək – 55 və daha yüksək bal toplamaqla ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə keçirilən imtahanda uğur qazananların siyahısı

Xəbər lenti