Logo

İstanbulda ortaq türk dərsliklərinin müzakirəsi təşkil olunub

24.05.2022 16:06 103 baxış
IMG

Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” kursu üzrə proqramlar və dərslik layihələrinin yekun qiymətləndirilməsi məqsədilə İstanbulda geniş tərkibdə müzakirə təşkil edilib.

Tehsil.biz xəbər verir ki, üçgünlük seminarda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan adıçəkilən fənlər üzrə ekspertlər, o cümlədən hər bir ölkənin Təhsil Nazirliklərinin nümayəndələri, Beynəlxalq Türk Akademiyasının təmsilçiləri, Türk Dövlətləri Təşkilatının nümayəndələri iştirak edib.

Mütəxəssislər tərəfindən “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” proqramları və dərslikləri üzərində işlər aparılıb, layihənin daha keyfiyyətli olması, şagirdlərdə geniş təsəvvür formalaşdırılması, dərsliklərin ideyasının şagirdlərə düzgün çatdırılması, türkdilli dövlətlərdə təhsil alan şagirdlərin zəngin keçmişini bilməsi və onların fikir baxımından yaxınlaşmasına dair müzakirələr edilib.

Müzakirələrin sonunda layihəyə dair ortaq qərarlar qəbul edilib.

Xəbər lenti