Logo

Mingəçevir Dövlət Universitetində tələbə elmi konfransı keçirilib - FOTOLAR

24.05.2022 14:30 117 baxış
IMG

2022-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) XIII elmi-praktik konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov tələbələrin elmi araşdırmalara marağının artırılması və onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi baxımından TEC-in bu tipli fəaliyyətlərini müsbət dəyərləndirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun tələbələrindən Gültəkin Musazadə “Mükəmməl təhsil qüdrətli dövlətin təzahürüdür”, Narıngül İbrahimova “Poeziyada “Azad Şuşa” obrazı”, Xəyal Kərimli “Nanotexnologiya və ətraf muhit”, Nurlan Ağammədov “Müasir dövrdə ali təhsilin keyfiyyətli inkişafı istiqamətləri”, Raya Qasımzadə “Ailə mərhəmətlilik tərbiyəsinin ilkin mənbəyi kimi”, Əsmər Əliyeva “Müəssisədə keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı məhsul istehsalının vacib amilidir”, Fidan Babayeva və Kənan Mustafayev “Azərbaycanda inklüziv təhsilin inkişafı və  prioritetləri”, Saniyə Musayeva “Styuart teoremi və onun tətbiqləri” və Şəhanə Şakirqızı “IV Sənaye texnologiyası dövründə süni peyklərin rolu və inkişaf perspektivləri” mövzularında məruzə ilə çıxış ediblər.

Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbələrin elmi fəaliyyətə cəlbinin təşviq edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə xüsusi önəm verilir.

Xəbər lenti