Logo

"Məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb

24.05.2022 13:23 359 baxış
IMG

Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən  "Report"a bildirilib ki, mayın 4-ü saat 4.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb.

Polis tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb. Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub və o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti