Logo

Zərgərlik ixtisası üzrə təhsil alanlar üçün nüfuzlu şirkətlərdə təcrübə imkanı yaradılıb - FOTOLAR

24.05.2022 13:00 382 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin zərgərlik ixtisası üzrə təhsil alan 20 tələbəsi “Lilex Jewellery”, “Fiza Jewellery & Minali” və “Tac Gold” şirkətlərində 1 may tarixindən etibarən istehsalat təcrübəsinə cəlb olunublar.

Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində tələbələr ixtisasları ilə bağlı nəzəri və praktiki biliklər əldə etməklə yanaşı peşəkarlarla yaxından fikir mübadiləsi aparmaq imkanı qazanırlar. İstehsalat təcrübəsi həmçinin müasir avadanlıqlarla çalışa bilən zərgər ustaların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. İstehsalat təcrübəsini müvəffəqiyyətlə tamamlamış tələbələrin işlə təmin olunması planlaşdırılır.

“Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq nəticəsində peşə təhsili səviyyəsi çərçivəsində ölkənin zərgərlik bazarında zərgər ustalara olan kadr ehtiyacının qismən və ya tam ödənilməsi, ölkədə məşğulluğun və özünəməşğulluğun artırılması, Azərbaycan zərgərlik adət-ənənələrinin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində birgə fəaliyyət həyata keçirilməsi əsas hədəflər kimi müəyyən olunub.                  

Həmçinin, “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə müvafiq peşə sahəsində tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində Azərbaycanda fəaliyyət göstərən zərgər mütəxəssislərin iştirakının təmin edilməsi, tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris plan və proqramların birgə hazırlanması və innovativ peşə təhsili metodlarının tətbiqi ilə əlaqədar birgə fəaliyyət istiqamətində görülən işlər peşə təhsilinin nüfuzunun yüksəldilməsi və tələbələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsində böyük rol oynayır.

Xəbər lenti