Logo

Paytaxt məktəbində şagirdə saxta attestat verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

24.05.2022 12:19 441 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda yerləşən 3 nömrəli məktəbdə şagirdə saxta attestat verilməsi məsələsinə münasibət bildirib.

İdarədən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məktəbin direktoru mövzu ilə bağlı BŞTİ-yə müraciət edib:

"Bakı şəhəri 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət edərək şagirdə Almaz Həsrət və məktəbin direktor müavinlərinin imzası olan saxta attestatın verildiyini bildirib.
Həmin attestatın kimlər tərəfindən hazırlanıb verilməsinin araşdırılması məqsədilə BŞTİ tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına müraciət olunub".

Həmçinin oxuyun: Məktəb direktoru təhsil ocağında saxta attestat verilməsi ilə bağlı iddialara münasibət bildirib - FOTO

Xəbər lenti